Şuşa həbsxanasında əsir həyatı yaşamış və erməni vandalları tərəfindən ağır və dözülməz işgəncələrə məruz qalmış 3 azərbaycanlı başlarına gələnlərdən danışıb.
Azərbaycanlı keçmiş əsirlər yaşadıqları dəhşətli günləri “İşgəncələr məbədi – Şuşa həbsxanası” adlı sənədli filmdə dilə gitiriblər.
Sənədli filmdə Ermənistanın beynəlxalq konvensiyalara, humanitar hüquqa, əsir və girovlarla rəftar qaydalarına zidd olaraq, insanlıq əleyhinə törətdiyi müharibə cinayətləri faktlarla ifşa olunur.