• 27 İyul 2024 06:48

Blinken: “Ukrayna çətinlik çəkir”

 

Ukrayna əks-hücum əməliyyatı keçirməkdə çətinlik çəkir.

Tacxeber.com xəbər verir ki, bunu CNN telekanalının efirində ABŞ dövlət katibi Entoni Blinken deyib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin məlum olan bir planı var və onlar buna əməl edirlər.

Bundan əvvəl Ukrayna prezidentinin aparatının rəhbəri Mixail Podolyak bildirib ki, Qərb tərəfdaşlarının silah tədarükünü gecikdirməsi Rusiya qüvvələri üçün müdafiə xəttini hazırlamağa zəmin yaradıb.

Podalyak bildirib ki, bu səbəbdən Kiyev geniş şəkildə elan etdiyi əks-hücum əməliyyatını həyata keçirə bilməyib.

Tacxeber.com

Oxşar xəbərlər