• 18 Oktyabr 2024 07:21

Fazil Mustafa: “Azərbaycanı qoruyan əsgər olmaqdan şərəfli nə var ki dünyada?”

 

“Bu hamımızın günüdür, azərbaycanlı olmaqdan qürur duyan hər kəsin günüdür. Ordusuz millətlə, dövlətlə kimsə hesablaşmaz, onlara kimsə sayğı duymaz. Həm də bu məğlub ordu olarsa. Şükürlər olsun ki, biz qalib ordusu ilə fəxarət duyan bir millətik. Allah bunu görməyi bizim bugünkü nəslə nəsib etdi. Şuşanı azad edən, Qarabağı xilas edən, Azərbaycanı qoruyan əsgər olmaqdan şərəfli nə var ki dünyada? O şəhiddən, qazidən Allah qatında mərtəbəsi uca kim var dünyada? Bunlar pafos deyil, hamımızım yaşamalı olduğumuz, söyləməli olduğumuz duyğudur. Qəhrəmanlıqları ilə, çatışmazlıqları ilə bu ordu bizimdir, başımızın tacıdır!”

Tacxeber.com-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa bildirib.

“Bu gün ən gözəl təbrikləri.  bir keçmiş komandir kimi öz əsgərlərimdən aldım, səngər yoldaşlarımdan aldım. Hamınızı mən də təbrik edirəm. Əsgərdən generaladək vicdanla xidməti borcunu yerinə yetirən bütün ordu mənsublarını və bu mübarək orduya qalib ünvanını qazandıran Ali Baş Komandanı qutlayıram. Allah ordumuzla xalqımızın birliyini heç vaxt sarsıtmasın!” – F.Mustafa qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər