• 27 İyul 2024 07:38

Stalinin iştirakı ilə qanlı bank soyğunu

 

26 iyun 1907-ci il, Tiflisin İrəvanski meydanında (indi: Azadlıq meydanı) İosif Stalinin iştirakı ilə qanlı bank soyğunu – Tiflis ekspropriasiyası – baş verir.

Apreldə Leninin, Stalinin və bəzi başqa bolşeviklərin iştirakı ilə Berlində keçirilən yığıncaqda Stalinə və Simon Ter-Petrosyana (Kamo) partiyanın fəaliyyətini maliyyələşdirmək, əsasən də silah almaq üçün Tiflisdə bank soyğunu həyata keçirmək tapşırıldı.

Tiflisə qayıdan Stalin məsələni Kamoya xəbər verdi və hazırlıq işlərinə başalnıldı. Soyğunu Rusiya bankının Tiflis şöbəsinə böyük məbləğdə pul gətirilərkən yolda həyata keçirmək qərara alındı. Stalin bamkda işləyən məktəb yoldaşından belə bir köçürmənin vaxtımı öyrəndi.

Həmin gün, iyunun 26-da soyğunçular İrəvanski meydanında sadə kəndli kimi geyinərək pul daşıyan karetanın gəlməsini gözləyirdilər. Karetanın xeyli mühafizəsi vardı, amma qan tökmək nə Stalin, nə Kamo üçün problem deyildi. Stalin özü soyğunda birbaşa iştirak etmirdi. Kamo isə kapitan rütbəli hərbçi formasında faytonda oturaraq əsas rollardan birini oynacaqdı.

Kareta təxminən 10:30-da meydanda peyda olanda soyğunçular əvvəlcə bombalarını atdılar, daha sonra isə odlu silahdan mühafizəçilərə atəş açdılar. Karetaya daxil olan soyğunçular pul kisələrini götürərək Kamonun yaxınlaşan faytonuna atdılar. 341 min rubl pul oğurlandı, bunun da indiki kursla 5 milyon dollara ekvivalent olduğu deyilir.

Atışma səsinə qaçan polislər meydanı tərk edən Kamo ilə üzbəüz gəldilər. Hərbçi formasında olan Kamo onlara “Pullara təhlükə yoxdur, meydana qaçın” dedi. Polislər də onun dediyini etdilər və yalnız sonra anladılar ki, gördükləri adam elə soyğunçu imiş.

Hadisə zamanı heç kəsi tutmaq olmadı. Amma oğurlanan pulların 250 mini seriyası məlum olan 500 rublluq əskinaslar idi. Rusiya polisi həm ölkədəki, həm Avropadakı bütün bankları xəbərdar etdiyinə görə onları işlətmək mümkün olmadı. Bir neçə cəhd uğursuz oldu, əskinasları dəyişməyə, xərcləməyə çalışanlar tutuldular. Bundan sonra pulun qalan hissəsi Leninin göstərişi ilə yandırıldı.

Soyğun nəticəsində 40 nəfərin öldüyü və 50 nəfərdən çox adamın yaralandığı deyilir. Bu hadisə Avropa sosial-demokratları arasında Lenin və bolşeviklərə münasibətin kəskin pisləşməsinə səbəb oldu. Onlara inqilabçıdan çox başkəsənlər kimi baxmağa başladılar.

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər