Xoşqədəmlə Doğuş boşanır? – FOTO
Türkiyə mediası aparıcı Xoşqədəm Hidayətqızı ilə müğənni Doğuşun ayrıldığını yazıb.
Tacxeber.com xəbər verir ki, yazıda cütlüyün boşanma qərarı aldığı iddia edilib.
Bildirilib ki, 9 il əvvəl nikah masasına oturan cütlük bir müddət əvvəl bu qərarı alıb. Doğuş Xoşqədəmlə olan bütün fotolarını instaqramından silib. Eyni zamanda onu izləmədən çıxarıb. Yazıda ayrılığa Doğuşun Xoşqədəmin ailəsi ilə yaşadığı mübahisənin səbəb olduğu iddia edilib.