• 01 Mart 2024 08:11

Hamını maraqlandıran sual: Milyarderlər niyə partlayan “Titan” batiskafında idi?

 

Bütün dünyada günlərdir 1912-ci ildə batan “Titanik” gəmisinin qalıqlarını ziyarət etməyə gedən və itkin düşən “Titan” batiskafı və içərisindəki milyarderləri müzakirə edir.
“İkinci Titanik hadisəsi” adlandırılan bu qəza ultrazəngin insanlar arasında ektremal turizmin nə üçün trend olması barədə müzakirələr yaradıb. Bəs görəsən, milyarderlər nə üçün radikal fəaliyyətlərə üstünlük verir? Onların bu qədər böyük riskə getməsinin altında yatan psixoloji səbəb nədir?

Məlum olduğu kimi, batan “Titan” batiskafının içərisində olan 5 nəfərdən ikisi milyarder idi.

6.5 metrlik kapsulun içərisində klostrofobik səyahət etmək istəyi kifayət qədər təəccüblü ikən, sərnişinlərin bu macəra üçün 250 min dollar ödəməsi bu təəccübü ikiqat artırır.
“Titan” batiskafının  içərisindəki şəxslər arasında “Action Aviation” şirkətinin sahibi, daha əvvəl də ekstrem səyahətlər etdiyinə görə 3 dəfə Ginnesin Rekordlar Kitabına düşən 58 yaşlı Hamiş Hardinq və pakistanlı biznesmen Şahzadə Davudla 19 yaşlı oğlu Slüyman da var idi.

Fotoda Hamiş Hardinq

Maraqlıdır ki, bu, Hardinqin ilk belə səfəri deyildi. O daha əvvəl Sakin Okeanda dünyanın ən dərin çökəkliyi olan “Marian” çuxuna getmişdi.
Bununla kifayətlənməyən Hardinq ötən il Ceff Bezosun “Blue Origin New Shepard” raketinin uçuşuna da qatılaraq yerdən 107 km hündürlüyə səyahət etmişdi.
“Titan” yeraltı qayığı ilə səyahəti ABŞ-li multimilyarder Skoton Raşın “Oceangate” şirkəti təşkil edib. Bu şirkət səfəri “turistlər üçün əyləncəli səyahətdən daha çoxu, unikal təcrübə” kimi xarakterizə edirdi.
“Oceangate”, “Blue Origin”la yanaşı, “Virgin Galactic” kosmik şirkəti də Yerdən 80 kilometr hündürlükdə uçmaq və bir neçə dəqiqə ərzində sıfır cazibə qüvvəsini yaşamaq istəyən insanlara hər biri 450 min dollara 800-dən çox bilet satıb.

Göyün və yerin “7-ci qat”larına təşkil edilən bu səfərlərdən əlavə, dünyanın son qalan səhralarından bəzilərinə bahalı ekskursiyalar da təklif edilir.
Bütün bunları eşidəndə çoxluğun ağlına bir sual gəlir: Varlılar niyə bunu edir?

Fotoda “Titan” batiskafında həlak olan şəxslər

Bu sualı müştəriləri arasında dünyanın ən zəngin insanları olan psixoloq Skot Lyons cavablandırıb. Yeni texnologiyaların zəngin insanların daha təhlükəli həyəcanların arxasınca getməsinə imkan verdiyini söyləyən Lyons sözlərinə belə davam edib:

“Kosmosa uçmaq, okeanın dərinliklərini araşdırmaq və Everest dağından paraşütlə tullanmaq yalnız ən çox qazananların ödəyə biləcəyi yüksək qiymətə malikdir.
Ultra zənginlər həm də təbii olaraq risk götürən insanlar ola bilər ki, bu da onların zəngin olmalarının səbəblərindən biridir. Aldıqları risk onlara uğur qazanmağa kömək edə bilər”.

Psixoloq məsələnin bir qədər cansıxıcılığa meyilliliklə əlaqəli olduğunu söyləyib:

“İnsanlar darıxmağa meyllidirlərsə, daha çox həyəcan axtarırlar. Həyatda hər şey sizin üçün çox rahatlaşdıqca, yeniliklər axtarırsınız”.

Fotoda Skot Lyons

Mütəxəssis bu cür macəraların bir neçə nəfər üçün imtiyaz olmasının onların özlərini daha yaxşı hiss etmələrinə səbəb olduğunu bildirib:
“Bu cür imtiyazlı tədbirlərdə iştirak etmək, xüsusən də özünüzə inamınız aşağıdırsa, xüsusi və vacib hiss etməyinizə səbəb olur.
Nə qədər çox qazansanız, daha çox pulu olan insanlarla daha çox vaxt keçirməyə başlayırsınız. Bu, daim özünüzü başqaları ilə müqayisə etməyə səbəb olur. Bu dairələrdə nə qədər yüksəklərə qalxsanız, daha çoxuna ehtiyac duymaq istəyi bir o qədər artır”.

Skot Lyons həmçinin əlavə edib ki, zənginlər klubu bu qəbildən addımlar atmaqla bağlı sosial təzyiqlərə məruz qalırlar.

Qeyd edək ki, bu material “The Guardian”ın “Billionaires and the Titanic: the allure of extreme expeditions” başlıqlı məqaləsi və “Daily Mail”in “Inside the mind of thrill-seeking billionaires: The rich are turning to Titanic tours and space exploration because financial safety has made their lives ‘mundane’, says top psychologist” adlı materialı əsasında hazırlanıb.

Tacxeber.com

Oxşar xəbərlər