• 27 İyul 2024 07:37

İbrahimoviç yenidən futbola qayıdır

 

Milan”ın sabiq hücumçusu Zlatan İbrahimoviç peşəkar karyerasını bərpa edə biləcəyini etiraf edib.

Tacxeber.com xəbər verir ki, futbolçu bu barədə belə danışıb:

“Mən tələsmirəm. Görək bundan sonra nə olacaq. Cəmi üç həftə keçdi. Ola bilsin ki, yenidən meydanda olacam, kim bilir. Bəlkə bir aydan sonra Milanın düşərgəsində olacam”.

41 yaşlı İbrahimoviç karyerasını başa vurduğunu İtaliya çempionatının 38-ci turunun “Verona” ilə oyunundan (3:1) sonra açıqlayıb.

Hücumçu “Malmö”, “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan”, PSJ, “Mançester Yunayted” və “Los Anceles Qalaksi” kimi klublarda çıxış edib.//Lent.az

Tacxeber.com

Oxşar xəbərlər