• 27 İyul 2024 04:17

Priqojinin özəl təyyarəsi Minskdəki hərbi aerodroma endi…

 

İyunun 27-də səhər saatlarında “Vaqner” terror təşkilatının lideri Yevgeni Priqojinə məxsus təyyarə Minsk yaxınlığındakı Belarus hərbi aerodromuna enib.

Bu barədə “Belarus Gayun” monitorinq kanalı məlumat yayıb.

“Yevgeni Priqojinin biznes-jeti(özəl uçaq- S.L.) (qeydiyyat nömrəsi RA-02795) yerli vaxtla saat 07:40-da Minsk yaxınlığındakı Maçulişşi hərbi aerodromuna enib”, – məlumatda belə deyilir.

Həmçinin müəlliflər əlavə edirlər ki, Priqojinin başqa bir biznes-jeti (BAe 125-800B) Rusiyadan Belarusa uçub.

“RA-02878 qeydiyyat nömrə nişanlı “BAe 125-800B” biznes-jeti Sankt-Peterburqdan havaya qalxaraq saat 7:58-də Maçulişşi hərbi aerodromuna enib”, – teleqram-kanallar qeyd edib.

Qeyd edək ki, iyunun 26-da “Belarus Gayun” monitorinq kanalı Priqojinin təyyarələrinin Rusiyada olması barədə məlumat yayıb. Onun birinci biznes-jeti (BAe 125-800B (RA-02731)) iyunun 22-dən Moskvadadır. Priqojinin əsas uçağı olan ikinci “Embrayer Legacy 600 (RA-02795) biznes-jeti isə dünən Sankt-Peterburqdan Rusiyanın cənubuna uçub və axşam saatlarında Sankt-Peterburqa qayıdıb.

Bu arada “BRIEF” telegram-kanalı elə həmin gün yazıb ki, Priqojin Minskdəki “Green City” otelində görünüb. Lakin həmin məlumat təsdiqini tapmayıb… (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər