Avstriyada keçirilən “Qarabağ” – “Ferentsvaroş” yoxlama matçından əvvəl hər iki komandanın baş məqşçisinin görüşü olub.
Oyundan öncə baş məşqçilər Qurban Qurbanovla Stanislav Çerçesov ayaqüstü söhbət ediblər.
Bu komandalar hazırda Avstriyada təlim-məşq toplanışındadırlar.
Beləliklə Ağdam təmsilçisi Macarıstan “Ferentsvaroş”u ilə dünən üz-üzə gəlib. “Leerberg Arena” keçirilən matç 3:3 hesabı ilə başa çatıb. “Qarabağ”ın 19 yaşlı hücumçusu Nəriman Axundzadə oyunda dubl edib.