• 04 Oktyabr 2024 21:41

Tarasovdan ermənilərə: “Niyə sevinirsiniz? Priqojin qalib gəlsəydi…”

 

Yevgeni Priqojin qalib gəlsəydi, “vaqnerçilər” bütün Cənubi Qafqazı məhv edərdilər”.

Tacxeber.com xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov Ermənistanın “Hraparak” qəzetinə müsahibəsində deyib.

“İğtişaşın səbəbləri hələ də araşdırılır. Mediada yayılan məlumatlar o qədər də etibarlı deyil, saxtakarlıqlar çoxdur. İndi böhran aradan qaldırılıb, araşdırmalar aparılır. Həll yolları hazırlanır, yəqin ki, kadr məsələləri həllini tapacaq. Ukraynada hərbi əməliyyatların taktikası dəyişəcək, daha sərt addımlara keçəcəklər. Hamısı budur. Hazırda baş verənlərdən nəticə çıxarılır. Regional siyasətə, Ermənistana və digər məsələlərə gəlincə, bu amillər nəzərə alınmır”, – ekspert bildirib.

Jurnalist Tarasov deyib ki, Ermənistanda çoxları “Vaqner” lideri Yevgeni Priqojinin qiyamına sevinib, onun mümkün qələbəsinə Rusiyanın daha da güclənməsi kimi baxıblar. Rusiyalının erməniyə cavabı belə olub: “Priqojin qalib gəlsəydi, bütün Cənubi Qafqazı məhv edərdilər. Niyə sevinirsiniz?”

Tarasovun fikrincə, baş verənlərdən sonra Rusiya Müdafiə Nazirliyinin rəhbərliyində dəyişiklik olacaq. Onun iddiasına görə, “Vaqner” liderinin məqsədi Prezident Vladimir Putini yox, müdafiə naziri və Baş Qərargah rəislərini devirmək idi.

Tarasov Priqojinin gələcək aqibətinə də toxunub: “Hələlik Batka (Aleksandr Lukaşenko) onu qoruyur, Belarusda yaşayacaq, sonrasını bilmirəm, görərik”.(Teleqraf.com)

Tacxeber.com

Oxşar xəbərlər