• 01 Mart 2024 07:10

Ermənilər Şuşanın kəndləri ilə Xankəndi arasında avtobus reysi açdı

Ermənilər Şuşanın kəndləri ilə Xankəndi arasında avtobus reysi açdı

Şuşa rayonunun ermənilər yaşayan kəndləri və Xankəndi arasında müntəzəm avtobus reysləri fəaliyyətə başlayıb. Hər həftə bu marşrutla Rusiya sülhməramlılarının müşayiəti ilə iki reys həyata keçiriləcək. İyunun 24-də və 26-da artıq ilk iki reys həyata keçirilib, xəbəri “Kavkazskiy uzel” yayıb.

Eyni zamanda, sülhməramlıların müşayiəti ilə təcili yardım maşınları bu kəndlərə gedə biləcək və zərurət olduqda xəstələr Xankəndindəki müalicə müəssisələrinə aparılacaq.

Xankəndi və Şuşanın 4 erməni kəndi arasında nəqliyyat əlaqəsi keçən ilin qışından – Laçın-Xankəndi yolunda, Şuşa şəhəri yaxınlığında azərbaycanlı ekoloqların etiraz aksiyası başladığı zaman məhdudlaşdırılmışdı.

Aprelin sonlarında Ermənistanla sərhəddə Azərbaycanın “Laçın” sərhəd-buraxılış məntəqəsi təsis edildikdən sonra ekoloqların etiraz aksiyası dayandırılıb. Lakin güc qurumlarının əməkdaşları yolun bu hissəsini nəzarətləri altına götürüblər.

Aydındır ki, erməni kəndlərindən Xankəndinə avtobus marşrutunun açılması son vaxtlar ABŞ, Aİ və digər beynəlxalq qurumların nümayəndələrinin Azərbaycan hakimiyyəti ilə Qarabağın erməni sakinlərinin vəziyyətinin yaxşılaşdırılması haqqında apardıqları müzakirələrin nəticəsi olub.

Tacxeber.com

Oxşar xəbərlər