• 27 İyul 2024 04:55

Milli Məclisdə təmsil olunan partiyaların gəlirləri açıqlanıb.

Milli Məclisdə təmsil olunan partiyaların gəlirləri açıqlanıb. Maraqlıdır ki, dövlət büdcəsindən 300 min manatdan çox pul alan bu partiyaların verdiyi hesabata görə, üzvlük haqqı ya yığılmayıb, ya da qəpik-quruş yığılıb. 

Belə ki, Sabiq Rüstəmxanlının rəhbərlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyası (VHP) ötən il 366 min manat gəlir əldə edib. Bu vəsaitin hamısı dövlət büdcəsindən verilib (başqa üzvlər bir yana, partiyanın 3 deputatı var, onlar da üzvlük haqqı vermirlər).

Milli Məclisin deputatı Asim Molazadənin sədri olduğu Demokratik İslahatlar Partiyasına (DİP) isə ötən il dövlət büdcəsindən 304 min manat vəsait ayrılıb (üzvlük haqqı barədə məlumat yoxdur).

110 saylı Zaqatala seçki dairəsindən Milli Məclisə deputat seçilən Elşən Musayevin rəhbərlik etdiyi Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) da DİP ilə eyni, təxminən 304 min manat gəlir əldə edib. Maraqlıdır ki, ADMP ötən il gəlirlərində 100  manat üzvlük haqqı əldə etdiyini göstərib.

Bu yaxınlarda sui-qəsdə məruz qalan deputat Fazil Mustafanın sədri olduğu Böyük Quruluş Partiyası (BQP) 304 min manatdan çox gəlir əldə edib, onun 125 manatı üzvlük haqlarından, 304 min manata yaxını dövlət büdcəsindən əldə edilib (Fazil Mustafa apreldə verdiyi müsahibədə partiyasının 5 min üzvü olduğunu deyib).

Parlamentdə təmsil olunan digər partiyalar – Fəzail İbrahimlinin Ana Vətən Partiyası (AVP), Razi Nurullayevin Milli Cəbhə Partiyası (MCP), Qüdrət Həsənquliyevin Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), Tahir Kərimlinin Vəhdət Partiyası dövlət büdcəsindən 304 min manatdan çox gəlir əldə edib, partiyaların heç biri üzvlük haqqı almayıb.

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər