Fransa Prezidenti Emmanuel Makron və xanımı Bricit Makronun iğtişaşlar zamanı harda olduğu məlum olub.
Onlar Parisdə yerləşən “l’Accor Arena” konsert salonunda baş tutan Elton Conun konsertinə qatılıblar.
Ölkə başçısının yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra başlanan iğtişaşlar fonunda bu addımı atması müzakirələrə səbəb olub.
Xatırladaq ki, Fransanın Nanter şəhərində 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra ölkədə başlayan şiddətli iğtişaşlarda yüzlərlə insan həbs edilib./Yeniavaz.com