Müğənni Elçin Cəfərov oğlu Canı doğum günü münasibətilə təbrik edib.
Tacxeber.com xəbər verir ki, oğlunun fotosunu 252 minlik instaqram səhifəsində paylaşan ifaçı bu sözləri yazıb:
“Bilirəm hər dəfə şəklini paylaşanda xəstələnirsən, amma paylaşmaq da istəyirəm. Allah səni və bütün balaları nəzərdən qorusun. Doğum günün mübarək! Yolun açıq olsun. Allah bizə Can verib. O oğuldur, hərdən bir də mənə ata olur”.
Qeyd edək ki, Elçin Cəfərov millət vəkili Sabir Rüstəmxanlının qızı Aydan Rüstəmxanlı ilə evlidir. Cütlüyün bir övladı var.