• 27 İyul 2024 03:29

Priqojinlə bağlı “qışqıran” xəbərlər: “Vaqner” rəhbəri Belarusda öldürüləcək?

Priqojinlə bağlı “qışqıran” xəbərlər: “Vaqner” rəhbəri Belarusda öldürüləcək?

Rusiyada 23-24 iyun hadisələrindən sonra Ukrayna mətbuatında və müxtəlif “Telegram” kanallarında “Priqojin tezliklə Belarusda öldürüləcək” başlıqlı xəbər dalğası başlayıb. Maraqlıdır ki, jurnalistlər mənbə kimi CNN-i göstərirlər. Cəmi bir gün əvvəl 1917-ci illə paralellər aparan, üsyan haqqında yazan, danışan eyni CNN-nə istinad edirlər. Bütün yazılanlar real vəziyyət barədə resursların məlumatlı olmamasına dəlalət edir. Bununla belə, yaxşı “qışqıran” xəbərlər var ki, onu informasiya məkanına atmaq olar.

İndi isə məntiqi suallar:

1.Əgər indi, böhran bitməmiş Priqojini öldürürsənsə, basqında iştirak edən o 15-17 (Priqojinin dediyi kimi 25 deyil) min sədaqətli döyüşçü nələr edə biləcəyini hesablamaq asandırmı?

2.“Vaqner” hərbi şirkətinə rəğbət bəsləyən Rusiya Federasiyası Silahlı Qüvvələrinin bölmələrinin sədaqəti ilə nə edəcəklər (indi onlar öndədirlər)?

3.Bu gün Rusiya Federasiyası üçün son dərəcə vacib olan və Priqojinin əvəzedicisi olmayan Afrika biznesinin taleyi necə olacaq?

4.Priqojini bir neçə aydan sonra öldürsələr, o zaman eyni suallar meydana çıxacaq: Afrika, Priqojinin tərəfdaşlarının strukturları, sonda Kreml qüllələrinin bir hissəsi… Və Lukaşenko məsələsi. Onun üçün Priqojinin sağlığı indi çox qiymətli sərvətdir. Qətl isə başqa şeylərlə yanaşı, özünün (Lukaşenkonun) təhlükəsizlik blokunun sədaqətini də məhv edir.

5.Axı Priqojin o qədər axmaqdır ki, hansısa kənd mülkündə oturub onu öldürmək üçün kiminsə gəlməsini gözləsin?

Nəticə nədir? Beynəlxalq media bizim ənənəvi “razborka”larımızda həmişə ən məlumatlı mənbə deyil. Kor-koranə təkrarlamadan əvvəl məntiqimizi işə salmalıyıq.

Nəhayət, qeyd edirəm ki, Priqojin həqiqətən də öldürülə bilər, amma indi yox, sonra. Məsələn, cəbhəyə qayıdanda. Ya da Afrikadakı bölmələrdən birinə gedəndə. Orada ya üsyançılar hücuma keçəcək, ya da onu ilan sancacaq. Bunu həyata keçirmək çox çətin olsa da …

Əsas odur ki, ölümün məntiqi onun 2022-2023-cü illərdə etdikləri ilə yox, gələcək fəaliyyəti ilə bağlı olmalıdır.

Müəllif: İqar Tışkeviç – Ukrayna Gələcək İnstitutunun politoloqu.

Tərcumə Ayna.az

Tacxeber.com

Oxşar xəbərlər