• 03 Mart 2024 06:35

Qadınlarda sonsuzluq yaradır, kişilərdə isə… bu

 

Araq qadın orqanizmini kişilərlə müqayisədə daha sürətlə məhv edir, çünki qadınlarda etil spirtinin həzmindən məsul olan fermentlərin istehsalı azdır.

Tacxeber.com xəbər verir ki, bu sözləri cərrah Aleksandr Umnov deyib. Həkim xəbərdar edib ki, güclü spirt hamiləliyin pozulmasına və ya uşaqların qüsurlu doğulması kimi faciəli nəticələrə səbəb ola bilər.

“Estradiolun səviyyəsinin aşağı düşməsi libidonu və analıq instinktini boğan testosteronun artması səbəbindən menstrual tsikl pozulur. Yumurtalar etil spirtinin təsirinə çox həssasdır, nəticədə həm uşaqlar qüsurlu doğula, həm də doğuş prosesi ağır keçə bilər. Üstəlik içki içən qadınlarda klimaks dövrü təxminən 10-15 il daha tez sonlanır. Səs tembrində azalma, dəri kobudlaşır və bu qadınları yaşlarından daha qoca göstərir”, – həkim NEWS.ru-ya müsahibəsində izah edib.

Həkim xatırladıb ki, araqdan sui-istifadə etmək kişilər üçün də zərərlidir, tez-tez içki içən kişilərdə alkoqol erektil disfunksiya (İmpotensiya) yarana bilər, bunun nəticəsində orqazm yox olacaq.

“Və bir saat ərzində qəbul edilən bir litr dozada araq, qanda etanol konsentrasiyasının kəskin artması səbəbindən bir insanın ölümünə səbəb ola bilər”, – cərrah yekunda vurğulayıb.(Publika.az)

Tacxeber.com

Oxşar xəbərlər