• 22 Noyabr 2024 11:49

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

 

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi 

Bioloji aktiv nöqtələrin insan bədənində sayı 1000-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərdə yerləşir. Əsasən çox istifadə olunan nöqtələr əllərdə, qulaqda (arikulyarpunktur), ayaqlarda yerləşir. Bundan başqa hər bir orqanın meridanları vardır ki, bioloji aktiv nöqtələr həmin meridianlar üzərində yerləşərək enerji axında iştirak edirlər. Bioloji aktiv nöqtələrlə müalicə texnikasını göstərmək üçün prostat meridanı üzərində yerləşən nöqtələrdən istifadə edilərək sidikqaçırma problemini də müalicə etmək mümkündür.

Problemin qarşısını almaq üçün akkupunktur tətbiq edilə bilər. Prosedur zamanı və ondan sonra 10 gün ərzində qətiyyən etmək olmaz

  • hovuza girmək,

  • soyuq yerdə ayaqyalın gəzmək,

  • soyuq su içmək,

  • dondurma yemək,

  • kondisionerli yerdə çox qalmaq

Ümumiyyətlə bizim sinir sistemimiz soyuğu sevmir.
Təsadüfi deyil ki, analar uşağın suda çox oynadıqdan sonra tez-tez sidiyə getməsinin şahidi olur.
Kimdə ki, akupunktur ilk günlərdən müsbət təsir edir, bu o deməkdir ki, tezliklə enurez üçün tam nəticə əldə olunacaq.

Tacxeber.com

Oxşar xəbərlər