• 26 Noyabr 2024 10:31

“Əziyyət çəkirdim, dünyanın ən bədbəxti idim”

 

 

“Sevmək zülmdür. Vaxtı ilə bu cür sevən, sevgisiz yaşaya bilməyən insan idim, amma indi… Düşünürdüm ki, insan sevgisiz yaşaya bilməz. İndi isə həsrət də yoxdur”.

Bu sözləri Əməkdar artist Mətanət İsgəndərli “Günün sədası” verilişində deyib. Sevgidən danışan müğənni bunları əlavə edib:

“Həyatda elə bir insan yoxdur ki, sevgisini tapsın. Tapmır, ya da tapır və sona kimi getmir. Ya da tapandan sonra adiləşir. İnsan xislətidir. Sevgiyə sadiqəm, heç vaxt xəyanət etmərəm. Yanında olmayanı sevirlər, ölürlər sənin üçün. Başa düşdüm ki, ali sevgimə layiq olan insan yoxdur. Sevginin yolunda ölümə də gedərdim. Sevən qadınlar hər zaman uduzurlar. Sevəndə əziyyət çəkirdim, dünyanın ən bədbəxti idim. İndi sevmirəm və xoşbəxtəm. Özümə söz vermişəm ki, yaxınıma heç kimi buraxmayacağam. Hissələrimi heç kəsə buraxmaram”.

Tacxeber.com

Oxşar xəbərlər