• 27 İyul 2024 07:16

Bakı bizdən yalnız bunu tələb edir – Arutyunyan

 

Bakı yalnız inteqrasiya prosesləri ilə bağlı danışıqlar aparmağa razıdır.

Bu sözləri Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində məskunlaşan rus sülhməramlıların məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan separatçı-terrorçuların başçısı Araik Arutyunyan deyib.

O bildirib ki, danışıqların başqa formada aparılması mümkünsüzdür:

“İki il cəhd etdim, amma Bakı yalnız inteqrasiya proseslərini müzakirə edir. Bunu nəinki bizə deyirlər, BMT-də də deyirlər, dünən də, bu gün də – Blinken-Mirzoyan-Bayramov görüşündə də deyilib. Azərbaycan bizə deyir ki, birinci məsələ “müdafiə ordusunun” (Xankəndidəki qanunsuz silahlı dəstələr-red.) buraxılmasıdır. Sonra “dövlət idarəetmə sistemi” ləğv edilməlidir. Başqa formada danışıqlar nəticə vermir”. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər