• 24 Noyabr 2024 20:29

“Dövlət universitetlərə tədqiqatlar üçün 1 manat da ayırmır” – Millət vəkili

“Azərbaycanda pulsuz təhsil yoxdur. Azərbaycan universitetlərinin büdcəsi əsasən, ödənişli təhsil alan tələbələrin köçürdükləri vəsaitin və dövlət sifarişi ilə təhsilalanlara dövlətin ödədiyi vəsaitlərin hesabına formalaşır. Dövlət universitetlərə tədqiqatlar üçün 1 manat da ayırmır. Ödənilən təhsil haqlarının 80-85 faizi müəllimlərin əməkhaqqına, qalan hissəsi isə universitetin digər xərclərinə sərf olunur”.

Bu fikirləri Bakupost.az -a millət vəkili Etibar Əliyev deyib.

Onun sözlərinə görə, Amerika Universitetlərinin reytinqlərdə qabaqcıl sıralarda olmasının əsas səbəblərindən biri ilbəil artan maliyyə vəsaitidir. Universitetlərin qarşısında 4 konkret məqsəd dayanır: maliyyə, baza ali təhsili, elmi tədqiqatlar və sənaye ilə əlaqələr. Məşhur Harvard, Prinston, Yel Universitetinin büdcəsi ildən-ilə artır. Sözügedən universitetlərin büdcəsi milyard dollar təşkil edir. Bu vəsaitlərin kişik bir hissəsi tələbə köçürmələrindəndir:

“Azərbaycanda elmə büdcədən cəmi 0,2 faiz vəsait ayrılır. Universitetlər isə hələ uzun illər tələbələrin hesabına yaşayacaq. Universitet tədqiqatları maliyyələşdirilməlidir. Əlbəttə ki, Amerika ilə bizi müqayisə etmək qüsurludur, ancaq təcrübə kimi öyrənilməsi vacibdir. Bir neçə universitetlərimizin reytinqlərdə yer alması rektor səriştəsi, tədqiqatlardan baş açmaları və alimlərin çalışmalarının hesabına baş tutur. 4-cü Sənaye İnqilabının ixtisaslarına maliyyə vəsaiti tapılmalıdır. Yoxsa biz 2-ci və 3-cü Sənaye İnqilablarının arxasınca qaçdığımız kimi, 4-cü Sənaye İnqilabının da arxasınca qaçacağıq”.

Tacxeber.com

Oxşar xəbərlər