Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin sədrliyi ilə iyunun 29-u və 30-u tarixlərində Daşkəsən rayonu ərazisinə yağan intensiv dolu, leysan yağışları nəticəsində təbii fəlakətlərin vurduğu ziyanların aradan qaldırılması məqsədilə operativ müşavirə keçirilib. Müşavirədə rayonun mülki müdafiə üzrə xidmət rəisləri, aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.
İcra başçısı Əhəd Abıyev təbii fəlakətin ciddi ziyanlar vurduğu Əmirvar, Qabaqtəpə, Təzəkənd, Dəstəfur və Xoşbulaq kəndlərində, habelə yaylaqlarda olub, avtomobil gedə bilməyən yerlərə də atla gedib, zərərçəkmiş sakinlərlə, fermer və çobanlarla görüşüb, onların qayğıları ilə maraqlanıb, təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün ərazilərə cəlb olunmuş zəruri texnika və canlı qüvvənin fəaliyyətini izləyib.