“Putini müharibəyə daha loyal baxışları olan keçid hökuməti əvəzləyəcək…”
Rusiyanın təslim olmasının iki variantı açıqlanıb, onlardan biri Ukraynanın “ikinci İsrailə” çevirəcək.
Tacxeber.com xəbər verir ki, bu barədə “tsn ua” nəşri yazıb.
Ukraynalı hərbi ekspert, Ukrayna Silahlı Qüvvələrinin (USQ) ehtiyyatda olan polkovniki Oleq Jdanov deyib ki, Rusiya prezidenti Vladimir Putinin bu müharibədə iki təslim olmaq variantı var.
Birinci variant-Kreml rəhbərinin qoşunlarını müstəqil surətdə Ukrayna ərazilərindən çıxarılması qərarıdır.
Jdanovun fikrincə, bu o zaman baş verə bilər ki, yaxın ətrafından kimsə Putinə Rusiyanın müharibəni uduzduğunu “eşitdirə bilsin”.
Bu halda Kiyev üçün “İsrail variantı” yarana bilər: Moskva təcrid vəziyyətdə əlində olan hər bir şeylə Ukraynanı dövrü olaraq atəşlərə məruz qoyacaq.
“İran Rusiyanın yanında olacaq…Bir də Suriya ilə Şimali Koreya, vəssalam. Onlar belə avtonom rejimdə özləri özləriylə qalaraq nə qədər tab gətırə biləcək? Bəli, bu, onillklərlə, amma tam təcrid şəraitində baş verəcək. Öz gücləri ilə bacardıqlarını edəcəklər. Bu, İsrail variantı olacaq”, – ekspert qeyd edib.
İkinci variant USQ-nin müharibədə Ukraynanın beynəlxalq birlik tərəfindən tanınan sərhədlərinə çıxışı ilə uğur qazanmasının nəticəsi olacaq.
“Qoşunların hansısa hissəsi, mümkündür ki, Putinin yanında olsun. Bəli, onun aviasiyası və raket qoşunları olacaq. Bu bombalı raketləri ata biləcək, lakin bu, yalnız Rusiyada daxili siyasi vəziiyyətin qoruyun saxlanılacağı təqdirdə mümkün olacaq”, – Jdanov deyib.
Ekspertin fikrincə, Rusiyanın bu iki təslim olmaq variantı “yeganə gerçək” variantlardır. Hərçənd, Jdanov qeyd edib ki, hətta bu ssenarilər çərçivəsində belə Putinin Kremldə qalması az ehtimal edilir.
Ekspert əmindir ki, böyük ehtimalla, Putini müharibəyə daha loyal baxışları olan hansısa “keçid” hökuməti əvəzləyəcək.
Və bu gələcək hakimiyyət “hətta nüvə silahına nəzarəti sanksiyaların götürülməsi və Rusiyaya yeni investisiyalar müqabilində asanlıqla hansısa beynəlxalq təşkilata satacaq. (Moderator)