• 02 Mart 2024 20:48

“Sergey Şoyqu və Yevgeni Priqojindən biri öləcək, digəri qəhrəman olacaq” – Pol Qobl

“Sergey Şoyqu və Yevgeni Priqojindən biri öləcək, digəri qəhrəman olacaq” - Pol Qobl

İyunun 24-də Rusiyada “Vaqner” özəl hərbi şirkətinin silahlı qiyamı ilə geosiyasi mənzərə və proqnozlar alt-üst oldu. Belə ki, mövqelərinə raket atıldığını iddia edən “Vaqner” rəhbəri Yevgeni Priqojin istiqaməti dəyişdi və Rusiyanın içərilərinə doğru irəlilədi, bir neçə yaşayış məntəqəsi nəzarət altına alındı.

Rusiya Prezidenti Vladimir Putin bu addımı dövlətə xəyanət kimi qiymətləndirərək, Y.Priqojini cəzalandıracağını bəyan etdi. Bunun ardınca Belarus Prezidenti Aleksandr Lukaşenko Y.Priqojinlə danışdı. “Vaqner”in ölkəni tərk etməsi, V.Putinin keçmiş aşbazının Minskə getməsinə dair razılıq əldə olundu. Daha sonra “Vaqner”in ləğv olunacağı elan edildi. Suallar çoxdur. Böyük əksəriyyətə təqdim edilən cavablar isə sadəcə aysberqin görünən tərəfidir.

Amerikalı politoloq, ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı Pol Qobl bu proseslərlə bağlı “Report”un suallarını cavablandırıb:

– “Vaqner”in silahlı qiyamı barədə nə düşünürsünüz? Sizcə, bu, həqiqətən, bəzilərinin iddia etdiyi kimi şou idi?

– Qiyam “Vaqner”in rəhbəri Yevgeni Priqojinin Rusiya hərbi elitasından, o cümlədən müdafiə naziri, ordu generalı Sergey Şoyqudan canını qurtarmaq cəhdi idi. Amma bu qiyamın birbaşa Prezident Vladimir Putinə qarşı yönəldiyini düşünmürəm.

– Niyə “Vaqner”çilər qiyamı dayandırdı və ölkədən çıxdılar? Axı Priqojin demişdi ki, sona kimi gedəcəklər…

– Məncə, onlar məqsədlərinə çatdıqlarını anladılar. Bundan sonra Sergey Şoyqu və digər generallar işdən çıxarıla bilər. Əlbəttə, onlar üçün daha ağır ssenarilər də mümkündür.

– Bəs Vladimir Putin niyə Priqojini bağışladı? Halbuki o, qiyamı vətənə xəyanət kimi qiymətləndirmişdi.

– Vladimir Putinin Yevgeni Priqojini bağışladığını düşünmürəm. Sadəcə başa düşdü ki, “Vaqner”ə qarşı radikal addım ona baha başa gələ bilər.

– Necə fikirləşirsiniz, Belarusdan Ukraynaya ikinci cəbhə açıla bilər?

– Bəli, mümkündür. Amma bu, hazırkı situasiya üçün elə də asan deyil.

– Vladimir Putin əvvəllər bir neçə dəfə demişdi ki, ölkəsinə qarşı təhdid olarsa, nüvə silahı tətbiq edəcək. Niyə indi buna getmədi? Axı Rusiyanın təhlükəsizliyi təhdid altında idi.

– Ciddi təhlükə yox idi. Həm də Putin nüvə şantajından sadəcə digərlərini qorxutmaq üçün istifadə edir.

– Bundan sonra Sergey Şoyqu və Yevgeni Priqojinin taleyi necə olacaq?

– Biri öləcək, digəri qəhrəman olacaq. Bunu əminliklə deyirəm. Amma hansının taleyinin necə olacağını konkret olaraq proqnozlaşdırmaq çətindir.

– Qərb bu prosesdə hansı rol oynayır?

– Şübhəsiz, çox az ölkə Kiyevə bu proseslərdən istifadə etmək barədə tövsiyə verməyə bilər. Etiraf edək ki, Ukrayna üçün yaxşı fürsət yaranıb.

Tacxeber.com

Oxşar xəbərlər