Bir çox infeksion xəstəliklər, qrip, elə koronavirusdan sonra bağırsaq mikroflorası zərər görür, antibiotiklər faydalı bakteriyaları öldürür, dərmanlar həzmi pozur. İshal, həzmsizlik, sancı, qəbizlik və s. insanı aylarla yorur.
Pozulmuş bağırsaq mikroflorasını bərpa etmək üçün lazımi qidaların siyahısını təqdim edirik.
1. Birinci yerdə əlbəttə ki, süd məhsulları gəlir.
Burda adi süd içmək olmaz. Yalnız turş süd məhsulları lazımdır.
Ryajenka, kefir, təzə ev qatığı, xama, təbii yoqurt, bifidok
Mağazadan alınmış süd məhsullarının yağlılığı 2,5%-dən aşağı olmamalıdır. Belə məhsullar kənddən olsa yaxşıdır. Motal pendiri, keçi pendiri də bağırsağı bərpa edir.
2. Kətan toxumu
Avropa, Amerikada insanların hər gün istidadə etdiyi toxumdur. Toxumları isladıb, suyunu kisel kimi içə bilərsiz.
3. Kartof
Onda olan təbii nişasta bağırsağın divarlarını bərpa edir, zərərli bakteriyaların təsirindən qoruyur. Kartofda həm də faydalı mikroelementlər var.
4. Yaşıl alma
Alma 77% sudan ibarət, qalanı bitki lifidir. Almada olan pektin maddəsi həzmi yaxşılaşdırır, zərərli toksinləri bağırsaqdan çıxarır.
5. Çuğundur
Qaraciyəri təmizləyir, fermentativ prosesi işə salır, həzmi aktivləşdirir, bağırsaqda yaxşı bakteriyaları artırır.