• 02 Mart 2024 21:45

Sol qabırğa altında ağrı nədən yaranır?

 

Zaman-zaman tam bir narahatlıq mənbəyinə çevrilən sol qabırğanın altında yaranan ağrı, daha çox yoğun bağırsaqda qaz sıxılması nəticəsində yarana bilər.

Sol qabırğanın altındakı ağrı bəzən ağciyər, dalaq, mədə və ya böyrək xəstəliklərinin də əlaməti ola bilər.

Sol qabırğanın altında yaranan ağrı bəzən o qədər şiddətli olur ki, arxaya vura bilər. Sol qabırğanın altındakı ağrının kürəkdə hiss edilməsi ürək ağrsısı ilə səhv salına bilər. Xüsusilə infarkt riski olan insanlar bu ağrıdan çox narahat ola bilərlər. Əgər hiss olunan ağrı həqiqətən dözülməz hala gəlibsə, vaxt itirmədən həkimə müraciət etmək vacibdir.

Həkimin qoyacağı diaqnozlarla birlikdə təyin olunacaq müalicə üsulları mövcud xəstəlikdən asılı olaraq dəyişə bilər. Adətən qabırğa sınığı və ya çatlaq kimi hallarda müalicə kompression sarğılar üzərində aparılır.

Sol qabırğa ətrafında ağrı hissini azaltmaq üçün müxtəlif təbii üsullardan istifadə etmək mümkündür:

Yarım kilo balı 3 xörək qaşığı soğanla qarışdırdıqdan sonra gündə 2 dəfə bu qarışığı ağrıyan hissəyə çəkmək yaxşı olar.

Mütəmadi olaraq ara vermədən kifayət qədər qoz istehlakı, sol qabırğa ağrısını aradan qaldırmaqda təsirli hesab edilir.

Sol qabırğanın altında hansı orqan yerləşir?

Mədə, dalaq, yoğun bağırsaq kimi orqanlar var. Öd kisəsi ilə bağlı sağlamlıq problemlərinin ağrısı da qabırğaların altında ağrı hissi yarada bilər. Belə bir ağrı hiss olunarsa, mütəxəssis həkimə müraciət etmək çox vacibdir.

Tacxeber.com

Oxşar xəbərlər