Çin alimləri yeni araşdırmada çayın xərçəngə səbəb olub-olmamasını araşdırıb.
“Medicina” xəbər verir ki, Pekin universitetinin mütəxəssislərinin 2 il çəkən araşdırmasında qara və yaşıl çayın xəstəliklərə səbəb olması sübut olunub.
Bu araşdırmaya görə, qara və yaşıl çay mədə-bağırsaq, həmçinin qaraciyər, sinir sistemi zədələnməsinə və qanaxmalara səbəb olur.
500 mindən çox insanın məlumatları əsasında belə qənaətə gəlinib.
Belə ki, gündə 5 qram və daha çox çay qaraciyər xərçənginə tutulma ehtimalını 26% artırıb. Ağciyər xərçənginə tutulma ehtimalı 62%, mədə xərçəngi isə 29% artıb.