• 27 İyul 2024 04:17

Marseldə avtosalondan onlarla avtomobil oğurlandı.

 

Fransanın Marsel şəhərində iğtişaşlar zamanı avtosalonlardan silsilə oğurluq hadisəsi baş verib.

Bu barədə BFM telekanalı məlumat yayıb.

Bildirilib ki, satış mərkəzlərindən onlarla yeni və işlənmiş avtomobil oğurlanıb, bəzilərinin hissələri və avadanlıqları çıxarılıb.

Marseldəki avtosalonlara radikallar qapını sındıraraq daxil olublar. Onlar onlarla avtomobili ərazidən çıxarıb salonlara zərər veriblər.

Bundan başqa, etirazçılar salonun pəncərəsini sındırıb və müşahidə kamerasını zədələyiblər.

Bu iğtişaşlar Fransada baş verən daha geniş zorakılıq və talan dalğasının bir hissəsidir. Ölkənin İqtisadiyyat Nazirliyi ölkə üzrə iğtişaşlardan 700-dən çox müəssisənin zərər çəkdiyini bildirib. 250-yə yaxın bank filialı, 200 ərzaq mağazası və 10-a yaxın ticarət mərkəzi qarət edilib.

Tacxeber.com

Oxşar xəbərlər