• 27 Noyabr 2024 16:26

“Xankəndidən qaçanlar cəhənnəmə getsinlər” – Araik Arutyunyan

“Xankəndidən qaçanlar cəhənnəmə getsinlər” - Araik Arutyunyan

İyunun 29-da separatçı rejimin rəhbəri Araik Arutyunyan erməniləri “məmurlar”ın Xankəndini tərk etməsi barədə suallarını cavablandırıb.

Tacxeber.com xəbər verir ki, Araik bildirib ki, qondarma rejimin yalnız “XİN rəhbəri” İrəvandadır.

“Onun İrəvanda olması mənim qərarımdır. Amma digər “məmurların” və onların ailə üzvlərinin Qarabağı tərk etməsinin heç bir əsası yoxdur. Qarabağı tərk edən ermənilərlə bağlı ciddi qərarlar qəbul ediləcək”, – separatçı bildirib.

Separatçı Qarabağdakı mülklərini icarəyə verib gəlir əldə edən “məmurlar”ı tənqid edib:

“Belə insanlara qarşı çox sərt münasibətin tərəfdarıyam. Anons verirlər, qışqırırlar, qaçırlar, hamı getmək istəyir. İlk növbədə kim getmək istəyirsə, cəhənnəmə getsin, səsini aşağı salıb getsin, camaat burada yaşamaq, burada yaratmaq istəyir”.

Tacxeber.com

Oxşar xəbərlər