• 23 Noyabr 2024 04:56

Hücum rus ordusuna baha başa gəldi – Ağır itkilərlə geri çəkildilər

Ukrayna cəbhəsində son sutka ərzində 40-dan çox toqquşma baş verib. Rusiya qüvvələri dörd istiqamətdə cəmləşib: Liman, Baxmut, Avdiv və Marin.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Göstərilən istiqamətlərdə şiddətli döyüşlər davam edir. Xüsusən də Baxmut istiqamətində rus ordusunun aviasiya və artilleriyasından güclü atəşə məruz qalan Ukrayna müdafiə qüvvələri Qriqorivka, Boqdanivka, Yaqidn, İvanivsk və Bela Qora ərazilərində bütün hücumların qarşısını uğurla alıblar.

Ruslar Kupyan və Liman istiqamətlərində hava hücumları keçirib. Ukrayna qoşunları bu ərazilərdə Rusiya qüvvələrinin 7 hücumunu dəf edib.

Ukrayna ordusu Marin istiqamətində Rusiyanın hava hücumları və artilleriya atəşi altında 15 hücumun qarşısını alıb. Rusların Şaxtyora hücumları da nəticəsiz bitib, itkilərlə geri çəkilməli olublar.

Rusiyanın Zaporoje və Xerson istiqamətlərində əsas səylərini Ukrayna qoşunlarının irəliləməsinin qarşısını almağa yönəldib.

Bundan başqa, ukraynalı döyüşçülər son sutka ərzində təxminən 770 rus hərbçisini məhv ediblər. Bununla işğal başlayandan bəri Rusiyanın canlı qüvvə itkisi 231 030 nəfərə çatıb.

Rus ordusu son sutkada 2 tankını, 9 zirehli texnikasını, 32 artilleriya sistemini, 6 yaylım atəşi sistemini, 3 hava hücumundan müdafiə vasitəsini, 29 dronunu və 9 nəqliyyat vasitəsini də itirib. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər