• 27 Noyabr 2024 09:00

Lavrov onları “bağıran meymunlar” adlandırdı

 

Kremlin Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməsi Rusiyanın dünyadakı dostlarının sayını azaldıb. Buna görə də Kreml mövcud azsaylı tərəfdaşlarını itirməməyə çalışır və bu ölkələrlə təmaslarını genişləndirir. Bu ölkələrin başında əvvəlkitək Çin gəlir.

Axar.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində bildirilib.

Qeyd edilib ki, Pekin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməsinə baxmayaraq, Kremllə strateji əlaqərini genişləndirmək siyasətindən imtina etməyib:

“Bugünlərdə Pekində sayca 8-ci “Rusiya-Çin: yeni erada əməkdaşlıq” konfransı keçirilib. Bu konfrans 2015-ci ildən davamlı şəkildə keçirilir. Konfrans Rusiya Beynəlxalq Əlaqələr Şurası və Çin İctimai Elmlər Akademiyasının təşkilatçılığı ilə baş tutur. Konfransda ikitərəfli əlaqələrin hazırki vəziyyəti, qlobal və regional çağırışlar müzakirə edilir. Ekspertlər iki ölkə arasında iqtisadi və siyasi əlaqələrin dinamik inkişaf etdiyini vurğulayıblar. Rusiyalı və çinli ekspertlər qlobal və regional çağışlardan danışanda isə Qərbin siyasətini tənqid ediblər.

Rusiya və Çinin xarici işlər nazirləri Sergey Lavrov və Tsin Qan konfrans iştirakçılarına təbrik məktubu göndəriblər. Maraqlıdır ki, konfrans Yevgeni Priqojinin və onun “Vaqner” muzdlu qruplaşmasının Kremlə qarşı birgünlük qiyamından dərhal sonra başlayıb. Pekin qiyam cəhdini diqqətlə izləyib. ABŞ Milli Təhlükəsizlik Şurasının Asiya bölgəsi üzrə koordinatoru Kurt Kempelin fikrincə, Rusiyadakı son çaxnaşma Pekini narahat edib. Halbuki Çin Xarici İşlər Nazirlyinin yayımladığı açıqlamada Rusiyada yaşanan hadisələr bu ölkənin daxili işi kimi qiymətləndirilib: “Çin Rusiyada sabitliyin davam edəcəyinə, o cümlədən inkişafına və tərəqqi əldə edəcəyinə inanır”. Çin lideri Szinpinin rusiyalı həmkarı Vladimir Putinlə son qiyam cəhdini telefonla müzakirə edib-etməməsinə dair məlumat yoxdur.

Rusiya Prezidenti Vladimir Putinin laxlayan mövqeyi Çində müzakirələrə səbəb olsa da, Pekin Kreml sahibi ilə münasibətləri əvvəlki yüksək səviyyədə saxlamaqda qərarlıdır. Sergey Lavrov konfrans iştirakçılarına göndərdiyi məktubda Rusiya-Çin münasibətlərini belə dəyərləndirib: “Qayıq çayda inamla irəliyə doğru üzərkən qayıqdakılar ətraflarındakı meymunların bağırtılarına fikir vermirlər”. Təhqiramiz müqayisədir. Lavrov qayıdakıları “Rusiya və Çinə” bənzədərkən, “bağıran meymunları” Qərbin siyasəti ilə əlaqələndirib. Lavrovdan fərqli olaraq Çin xarici işlər naziri Tsin Qan Qərb haqqında təhqiramiz bənzətmə aparmasa da, məktubunda BMT Təhlükəsizlik Şurasının iki üzvü olan Rusiya və Çinin dünyada sabitləşdirici rol oynadıqlarını bildirib. Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə və rusiyalı rəsmilərin daima “nüvə silahından istifadə edə bilərik” kimi təhdidedici açıqlamaları fonuda Çin xarici işlər nazirinin Rusiyanın siyasəti haqqında “dünyada sabitləşdirici rol oynayır” cümləsi ikrah doğurur”.

Tacxeber.com

Oxşar xəbərlər