“Real”ın baş məşqçisi Karlo Ançelottinin Braziliya millisini çalışdıracağı təsdiqlənib.
Bunu Braziliya Futbol Konfederasiyasının prezidenti Ednaldo Rodriges öz Tvitter hesabındakı paylaşımında bildirib.
O, 2024-cü ildə komandaya Ançelottinin rəhbərlik edəcəyini bildirilib. İtaliyalı mütəxəssisin sözləşməsinin DÇ-2026-dək qüvvədə olacaq.
Braziliya Futbol Konfederasiyasının rəsmi saytı Ançelottiyə qədər komandanı Fernando Dinizin çalışdıracağını açıqlayıb.
Qeyd edək ki, 64 yaşlı Ançelotti 2021-ci ildən “Real”ı çalışdırır. O, Madrid klubuna ikinci qayıdışından sonra 2 il ərzində Çempionlar Liqasını, Klublararası Dünya Çempionatını, La Liqanı, İspaniya kubokunu və Superkubokunu qazanıb.