• 23 Noyabr 2024 02:14

Elzanı AYB üzvü edən şeirlər: “Tüpürüm sizə”, “Qarnım quruldayır”, “Tikim sizin ağzınızı”

Elzanı AYB üzvü edən şeirlər: “Tüpürüm sizə”, “Qarnım quruldayır”, “Tikim sizin ağzınızı”

 

Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinə üzv olması müzakirələrə yol açıb. 

Bu qərara görə, AYB rəhbərliyini tənqid edənlərin sırası günbəgün genişlənir. 

Tacxeber.com xəbər verir ki, Elzanın ölkənin tanınmış yazarlarının sırasına qoşulmasına etiraz edənlər onun ədəbi yaradıcılığını şübhə altına alırlar. Onların fikrincə, E.Seyidcahan hər hansı ciddi ədəbiyyat nümunəsi yaratmadığı üçün onun AYB-də təmsil olunmasına mənəvi haqqı çatmır.

Tacxeber.com “Yeni Sabah” -a istinadən bəstəkar-müğənninin müxtəlif illərdə yazdığı bir neçə şeiri təqdim edir:

Ac canavar

Acından quruldayır qarnım,

Qarnım, qarnım, qarnım…

Axı nədir mənim günahım,

Günahım ax qarnım.

Neçə gündür ac qalmışam,

Acam ac ac ac…

Neçə gündür ac qalmışam,

Acam ac ac ac…

Adım çıxıb ağzı qara,

Ac olanda qanı qara,

Adım çıxıb ağzı qara,

Ac olanda qanı qara,

Neçə gündür ac qalmışam,

Acam ac ac ac…

Auuuuuuuuuuuuu….

Burnum axır

Qazanım daşdı

kəfini yedim.

Qapağın açdım

üzünü yedim.

Yedim, yedim

dibini yedim.

Qazıb, qazıb

deşdim dibini

qazanın.

Kəfkirim azıb

dibi deşik qazandan

çıxdı havaya,

mən də baxdım

kəfkirdən

deşik-deşik dünyaya.

Qonaq olduq

həsrətini çəkdiyim

röyaya.

Buzlanmış

şaxtadan beynim

isti şorbayadır meylim.

Köhnə saat kəfkiri

çalırdı tamam.

Təzə dərdin yaşları

burnumdan daman.

Günahları içimdə

mən boğan adam.

Köhnə saat kəfkiri

vur, vur

vur əqrəbi

çalsın, çalsın.

Saniyələr səs salsın

burnum axır

fürsət baxır,

köhnə çaxır

vaxt yetişir

kəfkir vurur tamamı,

əqrəb çalır zamanı

səs düşəndə axanı

çəkin, udun,

silin, atın,

burnunuzdan pisləri

Köhnə saat kəfkiri

görür hissləri,

örtür bizləri

Tüpürüm sizə, ağac başından?

 

Göydən yağış hönkür-hönkür ağladı,

Mələklərin yerə yaxın olduğunu,

Dua günü çatdığını,

Ulduzsuz, qaranlıq gecədə,

Zülmət içində bircəcə,

Açmış qanadın incəcə,

Uçan ruhu qəbul etmiş mələkcə.

Yaşamaq üçün oğurladım bir çörək,

İxtiyarım yoxdur ki,

Yaşamaq üçün

Oğurlayım min bir ad.

Rüsvayçılıq damğasının sarsıntısının,

Başqasına yüklədin!

Mənə desin yüz-yüz ad?

Tüpürüm-tüpürüm,

Udum-udum,

Qurtum-qurtum,

İçim-içim,

Didim-didim,

Sicim-sicim

Kilim-kilim,

Dilim-Dilim,

Bilim-bilim,

Yıyım-yıyım

Tüpürüm sizə,

Hündür ağac başından?

Tüpürdünüz mənə

Alçaq ağac başından

Öskürə-öskürə,

Pis-pis gülmə,

Kifayətdir mənə demə!

Küçədən gəlib,

Küçəyə gedən

Milçəyə bax,

Birçəyə bax,

Bircəyə bax.

And içim o nə deməkdir?

İçdim, içdim, içdim suyu.

Tikdim, tikdim,

Yun kisəsi yumurtadan.

Bu gələn qız,

Həmən qızdır,

Çox qəşəng qızdır.

Ola bilməz,

Atlas geyim,

Xəz paltoda?

Sənə deyirəm,

Məni tanıdın?

Xəyalpərəst, üsulluca,

Ehtiyatlı axdın suya?

Qara qızın gözlərinə

Şərab sərin,

Dəhşətli şeydir ehtiyac.

Cənab, gəlin.

Viktor Hüqo fikrə dalmış,

Pencəyi qırış,

Rəngi saralmış

Oğluna

Nələt dedi şeytana!

Bu nədir axı zınqırov?

Kəsəcəksən səsini ya yox?

Mən oynaya bilmirəm

Ölü kimi saralmışam

Cibim boşdur

Başım yoxdur.

Kuklaya oxşayan moddur.

Lütün birisi,

Kütün zırısı,

Küdüm dərisi,

Onun irisi.

Yəqin mənim heç vaxt

Anam olmayıbdır.

Atam da ki,

Mən zavallı qızcığaz

Aman Allah

Nə üçün qapı örtülüdür?

O biri qapı açıldı,

Ölülər məzardan qaçırdı.

Ayağa qalxdı,

Boynuma taxtı,

Götürmə taxtı,

Oturacağam!

Dedi mənə

Səbəb oldu

Keçən gecə

Gecə yarısı

Güclü yağış

Ay işığı

Unutmaram o səsləri,

Sürünürdü meyit iyi,

Əlləşirdi, kəsilmirdi

İniltili yerdən səsi.

Siz o tayda təksiniz

Siz bu tayda səssiniz

Doqquz yaşıma az qalmış,

Bir qığılcım parladı.

Kəsim səsimi deyəcəksiniz?

Bir də ki,

Mən tezliklə….

Əlbəttə, Günəş çağladı!

Göydən yağış sevincindən,

Hönkür-hönkür ağladı.

Tikim sizin ağzınızı…

Tikim,

Tikim sizin ağzınızı

Qırxayaq kimi.

Geyim cırım corabımı

Çatana kimi.

Cırın, cırın.

Siz də geyin, geyin, qaçın

Xəyallara batana kimi.

Tikim sizin ağzınızı yatana kimi

Kimlər gəldi mən verdim…

Əldən getdi

Kimin üçün isə

Həmişə özümü qorumuşam

Kimə görə isə

Həmişə onu soyutmuşam

Qorxutmuşam

Qovrulmuşam

Ancaq onu qorumuşam

Ona görə onu qorumuşam ki,

Gözəlliyim əldən getsin

Bir də gördüm

Qorumağa dəyməz artıq

Çünki hər şey əldən getdi.

Getdi, getdi, Nə qaldı ki, bu həyatda?

Kimlər getdi, kimlər qaldı

Kimlər yatdı, kimlər baxdı

Kimlər qaçdı, kimlər satdı

Kimlər yedi, kimlər acdı

Kimlər basdı, kimlər asdı

Kimlər aldı, kimlər verdi

Kimlər çaldı mən oyandım

Kimlər yazdı mən oxudum

Kimlər gəldi mən qaçdım

Kimlər gəldi mən satdım

Kimlər gəldi mən verdim

Kimlər gəldi mən yatdım

Satdım gözəlliklərimi

Alanlara

Verdim gözəliklərimi

Yatanlara

Tökdüm gözəlliklərimi

Yananlara

Sonsünlər, sonsünlər

Yanmasınlar.

Qorumağa dəyməz artıq

Gözəlliyim əldən getdi

Gözəlliyim əldən getdi.

Tacxeber.com

Oxşar xəbərlər