• 23 Noyabr 2024 06:58

NASA dünyanın sonu olacaq tarixi AÇIQLADI

NASA-nın araşdırması yenidən gündəmə gəlib.

 

Tacxeber.com xarici mətbuata istinadən xəbər verir ki, araşdırma çərçivəsində dünyanın sonunun necə və nə vaxt gələcəyi ilə bağlı təfərrüatlar yer alıb.

NASA, dünyanın sonunun günəşdə artan radiasiyadan gələcəyini açıqlayıb.

Araşdırma aparan alimlərin fikrincə, bunun baş verməsinə hələ çox vaxt var. Araşdırmada yaradılan modellərə görə, düz 1 milyard il sonra, tarixlər 1.000.002.021-i göstərdikdə, dünyada oksigen miqdarı yaşanmaz səviyyəyə düşəcək.

Araşdırmanın nəticəsini göstərən məqaləyə görə, bu proses bu gün də davam edir və yer günəş şüaları hesabına hər gün oksigenlə doyur. Ancaq bu proses bir qədər yavaş gedir və insanlar bunu hiss etmir.

Tacxeber.com

Oxşar xəbərlər