Rusiya diktatoru Vladimir Putin 1970-ci illərin sonu, 1980-ci illərin əvvəllərində evlənməyi planlaşdırsa da, nişanlısı toydan qaçıb.
Tacxeber.com “TSN”-ə istinadla xəbər verir ki, bu haqda Fransada yaşayan keçmiş sovet qeyri-leqal kəşfiyyat agenti, yazıçı Sergey Jirnov “Qordon” internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində danışıb.
“Leninqraddakı “KQB” işçiləri ona deyirlər: “Qulaq as, Vova, bizdə evlənmək qaydadır. İndi karyera qurmaq istəyirsənsə, evlənməli, uşaq sahibi olmalısan. Nə qədər ki, zahid kimi gəzirsən, səni heç yerə göndərməyəcəyik”, – yazıçı belə nəql edib.
Jirnovun sözlərinə görə, DTK zabitlərinin 99%-nin ailəsi olması tələb olunurdu. Yalnız xüsusi tapşırıqlarla xaricə göndərilən qeyri-leqal kəşfiyyatçılar subay ola bilərdilər – onlar da orada evlənirdilər.
“…”Keqebeşnik”lər Putinin beynini yeyir – və o, özünə hansısa tibb bacısı tapır. İlk baxışdan onlarda hər şey yolunda gedir və nikahı imzalamağa hazırlaşırlar. … Ancaq nişanlısı nikahdan bir gün əvvəl qaçır. Artıq restoran da sifariş edilib, bütün qohumlar (dəvət olunanlar) toplanıb, artıq çoxlu pullar xərclənib. … Amma gəlin bir gün əvvəl qaçır. Görəsən, o qız Putin haqqında nəyi öyrənib?” – deyə keçmiş DTK zabiti sual edir. (Moderator)