• 22 Noyabr 2024 23:05

Nazim Bəydəmirlinin həbsi siyasi motivlidir – Rüfət Səfərov

Azərbaycan parlamentinin keçmiş deputatı, sahibkar, ictimai fəal Nazim Bəydəmirlinin həbsi siyasi xarakterlidir. Bu fikri Turan Agentliyinə “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov bildirib.

“Əslində Nazim bəyin həbs ediləcəyi ilə bağlı bizdə narahatçılıq var idi. Bir neçə gün öncə hakimiyyətin nəzarətində olan media qurumları Nazim Bəydəmirli barəsində şərləmə kampaniyasına start vermişdilər. Onu Gədəbəy rayonu Söyüdlü kəndində baş verənlərin “təşkilatçısı” kimi qələmə verirdilər”.

O hesab edir ki, keçmiş deputata qarşı irəli sürülmüş ittiham saxtadır.

“Hesab edirəm ki, bu, Nazim Bəydəmirlinin ictimai-siyasi və iqtisadi fəaliyyəti ilə bağlıdır. Şübhəsiz ki, “Müdafiə Xətti” insan haqları təşkilatı olaraq Nazim bəyin məruz qaldığı qurama ittihamı pisləyirik”, deyə Səfərli qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər