• 23 Noyabr 2024 04:57

Putin Ermənistana növbəti “desant” atdı… 

“Bu günlərdə Rusiyadan daha bir ekspert qrupu Ermənistana göndərilib. Rusiya hökuməti ölkədə anti-Rusiya əhval-ruhiyyəsinin artmasının səbəblərini öyrənmək üçün “desant missiyası”na başlayıb”. 

Moderator.az xəbər verir ki, bu haqda “Hraparak” məlumat yayıb.

“Onlar müxtəlif ictimai qruplarla görüşəcəklər. Bu, Rusiya tərəfinin son illərdə ilk təşəbbüsü deyil, onlar mütəmadi olaraq belə səfərlər həyata keçirirlər, lakin bundan nəticə çıxarmırlar və səhvlərinin harada olduğunu dərk etmirlər. Bunlar, qısaca desək, onların Qarabağdakı davranışları və erməni cəmiyyəti ilə işləyə bilməmələrinin nəticələridir”- deyə xəbərdə bildirilir.

Xatırladaq ki, bu yaxınlarda Rusiya Ermənistandakı səfirliyi vasitəsilə ölkə əhalisi arasında keçirdiyi sorğuda Ermənistanın Rusiyaya müsbət münasibəti ilə bağlı biabırçı nəticələr qeydə alınıb. Sorğudan bəlli olub ki, əgər 2018-ci il inqilabına qədər ermənilərin 70 faizindən çoxu Rusiyaya strateji tərəfdaş kimi müsbət münasibət bəsləyirdisə, hazırda bu rəqəm, demək olar ki, iki dəfə azalıb və təxminən 40 faiz təşkil edir.

Bundan əlavə, İrəvan Dövlət Universitetinin Sosiologiya fakültəsi də cəmiyyətin hansı yönümlü olduğunu, Qərb və ya Rusiya vektoruna necə yanaşdığını öyrənmək üçün sorğular təşkil edib. Araşdırmalar nəticəsində məlum olub ki, Ermənistan əhalisi Qərbi Rusiyadan daha üstün tutur. Rəyi soruşulan respondentlərin böyük əksəriyyəti Rusiyadan imtina edərək, Qərbi seçib. Hətta Rusiyanın rolunun açıq-aşkar böyük olduğu və Ermənistan iqtisadiyyatının əsaslı şəkildə Rusiya iqtisadiyyatı ilə bağlı olduğu iqtisadi əməkdaşlıq məsələsində də əhali Qərblə münasibətləri Rusiyadan üstün tutur…

Bütün bunlar Kremldə ciddi təşviş yaradıb…

Tacxeber.com

Oxşar xəbərlər