• 20 Sentyabr 2024 14:00

O, avropanın ilk homoseksual prezidenti oldu.

Latviya parlamentində yeni prezident seçilib.

2011-ci ildən xarici işlər naziri vəzifəsində çalışan Edqar Rinkeviç Latviya prezidenti kimi and içib.

Rinkeviç Ukraynanı Rusiyanın təcavüzünə qarşı müqavimətində dəstəkləməyə davam edəcəyinə söz verib.

“Prezidentliyim müddətində müasir və güclü Latviyanın yaradılması, qanuni və ədalətli Latviya, xalqın rifahı, inklüziv və hörmətli cəmiyyətin yaradılmasını müdafiə edəcəyəm”, – o deyib.

Rinkeviç bu vəzifədə Egils Levitsi əvəz edib və artıq gələn həftə Vilnüsdə keçiriləcək NATO sammitində Latviyanı təmsil edəcək.

Qeyd edək ki o, homoseksual olduğunu açıq şəkildə bəyan edən Avropa İttifaqının ilk dövlət başçısı olub. 49 yaşlı Rinkeviç ilk dəfə 2014-cü ildə homoseksual olduğunu açıqlayıb. (Modern)

Tacxeber.com

Oxşar xəbərlər