Ötən gündən (8 iyuldan) Ermənistandan qanunsuz olaraq Qarabağa çəkilən qaz borusu ilə qazın nəqlinin bərpası bu gün bir neçə saat öncə dayandırılıb.
Tacxeber.com xəbər verir ki, bu barədə erməni separatçı-terrorçu tör-töküntüsünün sabiq “ombudsman”ı Artak Beqleryan Teleqram kanalında yazıb.
O bildirib ki, dünən qaz nəqlinin bərpası gözlənilməz olub:
“Bu bərpanın səbəbləri haqqında kifayət qədər məlumatımız olmadığı üçün yalnız təxmin edə bilərik. Bir şey aydındır ki, bu mövzuda bizimlə (separatçılar nəzərdə tutulur – red.) heç bir əlaqə olmayıb.
Xüsusilə də qarşıya qoyulan qeyri-müəyyənlik və çarəsizlik hissləri yaratmaq məqsədini nəzərə alaraq, Azərbaycanın qaz təchizatını hər an qəfil bərpa edə və dayandıra biləcəyini dərk etmək və ona həmişə psixoloji hazır olmaq lazımdır. Və belə bir şəraitdə biz həm bərpa, həm də fasilə zamanı əlavə daxili məlumat və psixoloji sarsıntı yaratmaqdan çəkinməliyik”.
O iddia edib ki, iyunun 15-dən etibarən Qarabağın rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında zəruri mallarla yanaşı, ümumiyyətlə yanacaq verilmir və artıq daxili hərəkətlə bağlı ciddi problemlər yaranıb. (Axar)