“Azov” rəhbərlərinin Türkiyədən Ukraynaya qayıtması mövcud razılaşmaların şərtlərinin pozulmasıdır.
Bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Azovçuların liderlərinin Türkiyədən Ukraynaya qayıtması mövcud razılaşmaların şərtlərinin birbaşa pozulmasından başqa bir şey deyil. Üstəlik, bu halda şərtləri həm Ukrayna, həm də Türkiyə pozub”, – Peskov bildirib.
Kreml sözçüsü əlavə edib ki, “Azov” batalyonunun rəhbərlərinin Türkiyədən Ukraynaya köçürülməsi barədə Rusiyaya heç kim məlumat verməyib:
“Bu barədə bizə heç kim məlumat verməyib. Razılaşmaların şərtlərinə görə, “Azov” liderləri münaqişə bitənə qədər Türkiyə ərazisində qalmalı idilər”.
Qeyd edək ki, Türkiyədən səfərdən geri qayıdan Ukrayna lideri Vladimir Zelenski Mariupolu müdafiə edən əfsanəvi “Azov” batalyonunun rəhbərlərini özü ilə Ukraynaya apardığını elan edib. Şərtlərə görə isə əsirlikdən azad edilən azovçular müharibə bitənə qədər Türkiyədə qalmalı idi. (Axar)