• 27 Noyabr 2024 05:41

11 gün yuxusuz qaldı – “Ginnes”in rekordunu qırdı

1963-cü ilin sonlarında orta məktəbdə oxuyan iki yeniyetmə- Brus Mekallister və Rendi Qardner insanların diqqətini cəlb etmək və yuxusuzluq paranormal qabiliyyətə təsirini araşdırmaq üçün təcrübə ediblər.

Tacxeber.com Bakupost.az-a istinadən 264 saat 25 dəqiqə yuxusuz qalaraq rekord qıran Rendi Qardner haqqında maraqlı məlumatlar təqdim edir.

Təcrübəni həyata keçirən iki yeniyetmə kimin daha uzun müddət yuxusuz qalacağını görmək üçün yarışıb.

Rendi 3 gün yuxusuz qaldıqdan sonra divarın yanında yatıb. Lakin yeniyetmələr təcrübəni davam etdirmək istəyib.

Onlar üçüncü şəxsə ehtiyac duyduqlarını anlayıb və kömək üçün dostları Co Marcinoya zəng ediblər.

Stenford universitetindən yuxu tədqiqatçısı Villiam Dement də Co ilə birlikdə qrupa qoşulub.

Dement yuxu elmi haqqında araşdırma aparırdı və bu təcrübə onun xüsusi diqqətini çəkmişdi.

Təcrübə başlanğıcda yaxşı gedib. Lakin günlər keçdikcə 17 yaşlı Rendinin qoxu, dad və eşitmə üzvləri mənfi təsirlənməyə başlayıb.

Rendi bu müddət ərzində oyaq qalmaq üçün basketbolo oynayıb.

Onun performansı təəccübləndirici dərəcədə yaxşı olub.

Rendi yuxusuz qaldığı 11 gün ərzində heç bir gücləndirici qəbul etməyib.

Təcrübə 1964-cü il yanvarın 8 –də başa çatıb.

17 yaşlı Rendi Qardner 11 gün 25 dəqiqə oyaq qalmağı bacarıb.

O, təcrübə bitdikdən dərhal sonra yatmayıb.

Beyin dalğalarının izləndiyi donanma xəstəxanasına aparılıb.

Nəticələrə görə, Rendi 264 saat oyaq görünüb, lakin əslində beyninin bir hissəsi bütün müddət ərzində yatıb.

Rendi yoxlamalardan dərhal sonra 14 saat yatıb.

Ondan sonra bir çox insan bu sahədə rekord qırmağa çalışsa da, “Ginnes” sağlamlığa ziyanı baxımından bu rekord kateqoriyasını tamamilə bağlayıb.

Tacxeber.com

Oxşar xəbərlər