Arıqlamaqda çoxları çətinlik çəkir. Bəzən bir neçə kilo verərkən güzgüdə heç bir dəyişikliyin baş verdiyini sezə bilmirsiz.
Əslində vəziyyət başqadır. Cəmi 2 kilo arıqlamaqla orqanizmdə köklü dəyişikliklər baş verir.
Tacxeber.com 2 kilo arıqladıqdan sonra bədəndə baş verən 13 dəyişikliyi təqdim edir:
Yağ hüceyrələriniz azalacaq
Kilo vermək üçün indi daha az güc sərf edəcəksən. Bədəniniz yağ hüceyrələrindən qidalanmağa başlayacaq və bu hüceyrələr günü-gündən kiçiləcək.
Qan şəkərin nizama girəcək
Pankreas-mədəaltı vəz ətrafında yığılan yağlar qan şəkərinə nəzarət edən beta hüceyrələrinə təzyiq edir. Beta hüceyrələri bu təzyiq nəticəsində yetərli qədər insulin hormonu ifraz edə bilmir və bu vəziyyət də qan şəkərinə nəzarəti sıradan çıxardır. Diyetlə birlikdə yağlanma azalır və pankreas yenidən düz işləməyə başlayır. Nəzarət edilməyən qan şəkəri bütün bədənə zərər verə bilir.
Özünü daha ac hiss edə bilərsən
Leptin hormonu xüsusilə yeməklərdən sonra yağ hüceyrələriniz tərəfindən ifraz olunur. Bu hormon nisbətinin yüksəlməsi və qana qarışması ilə beyninizə doyduğunuza və yemək yeməyi dayandırmağa dair bir siqnal gedir. Sən bəslənmə planını dəyişdirdikdən və kilo verməyə başladıqdan bir müddət sonra bədənində yağlar əriyəcək və leptin hormonunun ifraz olunması da azalacaq. Buna görə beynin normalda öyrəşdiyi doyma müddətini seçə bilməyəcək və aclıq hissin artacaq. Kalori istehlakın azaldıqca, beyninə aclıq siqnalı göndərən qrelin hormonunun ifrazı artacaq.
Metabolizma sürətli işləyəcək
Kilo verdikcə maddələr mübadiləsi sürətlənəcək, çünki bədəninin gündəlik kalori ehtiyacı kiloya paralel olaraq azalacaq. Bu insanın kilosuna görə dəyişir.
Oynaq ağrıların azalacaq
Əslində çox məntiqlidir. Kilon artdıqca, sümüklərinə düşən yük də artar. Sən hərəkət etdikcə oynaqlarının da hərəkəti çətinləşir. Kilo verdiyin anda oynaqların da dincəlir.
Ürəyin daha sağlam olacaq
Çəkinin çox olması ürəyin işini çətinləşdirir. Yəni ürəyə vurulan qanın miqdarı artdıqca ürəyin iş yükü də çoxalır. Artıq çəkidən əziyyət çəkənlər ürək xəstəliklərinə 2 dəfə daha çox tutulurlar.
Yuxunuz nizamlanacaq
Dərin və keyfiyyətli yuxunu kim istəməz ki? Pensilvaniya Universitetində aparılan araşdırmaya görə, kilonun az da olsa itirilməsi yuxu keyfiyyətini artırır.
Təzyiqin düşəcək
Həddindən artıq çəkisi olanların təxminən 40 faizi yüksək təzyiqdən şikayətlənir. Sizcə bu təsadüfdürmü? Çünki daha çox kilo demək, damarların daha çox qan daşıyacağı mənasını verir. Kilonu azaltmaq damarların çiyinlərindəki yükü avtomatik olaraq azaldır.
Özünüzü xoşbəxt hiss edəcəksiz
Artıq çəkiyə görə özünü depressiyaya salan insanlar yalnız bir neçə kilo verdiklərində belə özlərini daha xoşbəxt hiss etməyə başlayırlar. Ortalama olaraq 8 faiz nisbətində kilo itirildiyində xoşbəxt olma hissində artım müşahidə edilməyə başlayır.