• 23 Noyabr 2024 06:34

Mirsaleh Seydiov kimdir ?

 

Adətən bizim KİV-lər yüksək vəzifəyə yeni təyin olunan şəxslə bağlı operativ olaraq “Filankəs kimdir?” başlıqlı yazılar tirajlayırlar. Belə yazıların əksəriyyətinin isə xəbər yükü internet resurslarından toplanmış materiallara əsasən həyata keçirilir. Heç bir rəsmi mənbəyə istinad edilmir. Xalqın yeni vəzifəli şəxslə bağlı bilməli olduğu maraqlı məqamlara işıq salınmır.

Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə yeni rəis təyin olunan Mirsaleh Seydiovla Bağlı da analoji hala rast gəldim. hesab etdim ki, Mirsaleh Seyidovun fəaliyyəti zamanı rast gəldiyim bəzi məqamlara işıq salım.

Mirtsaleh Seyidovun karyera yüksəlişində mühim rolu onun ləyaqətli şəxsiyyət olması oynamışdır.

Doğrudur bəzi yoldaşlar onun karyera yüksəlişini iş adamı olan, eyni zamanda Heydər Əliyevlə yaxın münasibəti olan dayısı Zaman müəllimə bağlayırlar. Lakin məsələni kimsəyə bağlamağa gərək yoxdur.

Mirsaleh Seyidvun haqqında ən doğru məlumatı onun rəhbər vəzifə daşıdığı və ya birbaşa rəhbərlik etdiyi cəzaçəkmə müəssisələrində cəza çəkən məhbuslardan almaq olar.

 Məhbəs həyatında Mirsaleh Seyidovla qarşılaşan heç kim kim ondan narazı qalmayıb. O hər zaman məhbuslarla davranışında hümanizm prinsiplərinə riayət edən, milli və mental xüsusiyyətləri öndə tutaraq, məhbusu insan kimi dəyərləndirən, qiymətləndirən, məhbusun ailəsinə, ziyarətə gələn yaxın ətrafına normal, sivil əsil bir dövlət məmuru münasibəti göstərən, məhbusu yenidən cəmiyyətə qazandırmağı əsas prioritet hesab edən müəssisə məmuru və ya rəhbəri olmuşdur.

Eyni zamanda o, tutduğu vəzifələri ləyaqətlə icra etmiş, bu gün təyin edildiyi Penitensiar Xidmətin rəisi vəzifəsinə addım-addım irəliləmiş, işin içində yetişmiş, bişmiş və oturuşmuş kadrdır.

Cavid Musazadə

Tacxeber.com

Oxşar xəbərlər