• 20 Sentyabr 2024 17:31

Priqojin Putinlə görüşüb – Kəşfiyyat

 

“Vaqner” muzdlularının rəhbəri Yevgeni Priqojinin uğursuz qiyamdan sonra Rusiyanı tərk edildiyi deyilsə də, hələ də onun ölkədə olduğu bildirilir. Hətta onun Putinlə görüşdüyü iddia edilir.

Tacxeber.com xəbər verir ki, bu barədə fransız “liberation” qəzeti Avropa kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Priqojin iyulun 1-də Kremlə çağırılıb. Görüşdə Rusiya Qvardiyasının direktoru Viktor Zolotov və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin də iştirak edib.

Bu görüşdə baş verənlər və onun gələcək fəaliyyəti ciddi müzakirə edilib.

Onu da qeyd edək ki, Priqojinə yaxınlığı ilə seçilən “fontanka.ru” portalı da yazır ki, iyulun 3-ü və 4-də “Vaqner” rəhbərindən götürülən 16 mlrd rubl, yüz minlərlə dollar, qızıl külçələr, silahlar geri qaytarılıb.

“Fontanka”nın yazdığına görə, silahların təvhil alınmasında Priqojin şəxsən özü iştirak edib.

Bu onu deməyə əsas verir ki, məhz Putinlə görüşdə bir sıra məsələlərdə razılıq əldə edilib və buna görə də ona ölkə ərazisində qalmağa icazə verilib və ondan müsadirə edilərək götürülən nə varsa hamısı geri qaytarılıb.

Tacxeber.com

Oxşar xəbərlər