Primorsk diyarından, Kamçatkadan və Saxalindən səfərbər edilmiş rusların qohumları Rusiya Müdafiə Nazirliyi, eləcə də rayon rəhbərlərinə şikayət ərizəsi ilə müraciət ediblər. Ərizədə bildirilir ki, onların qohumları, yəni 60-cı əlahiddə motoatıcı briqadanın hərbçiləri ön cəbhədə döyüşməkdən imtina etdiklərinə görə əvvəlcə bir neçə gün yeməksiz və susuz həbsdə saxlanılıb, sonra isə naməlum istiqamətə aparılıblar.
Xu barədə “Sibir.Realii” məlumat yayıb.
Məlumata görə, hazırda onlarla əlaqə yoxdur. Sübut kimi əsgərlərin yaxınları zirzəmidə bir neçə nəfərin olduğu video yayıblar. Şikayətçilər iddia edirlər ki, komandanlıq səfərbər olunanları “geri dönməyəcəkləri bir hücum”a apardacağını vəd edib. Hərbçilərin yaxınlarının sözlərinə görə, əsgərlər hərbi hissədə olduqları on ay ərzində lazımi hazırlıq keçməyiblər. (Axar)