Miniatür portağaldan yemək istəyənlərə məsləhət…
Yapon portağalı, qızıl portağal, fortunella, əfsanəvi naringi, kinkan, kumkuat (kamkat), yapon heyvası və s… Bütün bu adlar bir bitkinin müxtəlif adlarıdır. Bu kumkvat bitkisidir. Kumkuat sözü çin dilindən tərcümədə «qam qvat» – qızıl portağal deməkdir.
Tacxeber.com bildirir ki, kumkuat sitruslara aid olub zahirən miniatür portağala bənzəyir. Onun qabığı şirin, ləti isə turşdur. Kumkvatın vətəni cənub-şərqi Çin hesab edilir. O, elə buradan da digər Asiya ölkələrinə, Yaponiyaya, daha sonra isə ABŞ-ın cənubuna geniş şəkildə yayılmışdır.
– Bütün sitrus meyvələri kimi bu ətirli meyvə C vitamini ilə zəngindir. C vitaminin yaratdığı antionksidant özəllik isə immun sistemini gücləndirir və xəstəliklərdən qoruyur.
– Davamlı həzm sisteminin gözəl işləməsinə dəstək olaraq mədə bulantısına, iştahsızlıq və həzmsizlik kimi problemlərin həllinə kömək edir.
– Güclü sidikqovucudur.
– Qanı təmizləyərək, qan dövranını asanlaşdırır.
– Damar sərtliyinin və tıxanmasının qarşısını alır.
– Civzə və qara nöqtələri aradan qaldırmağa kömək olur.
– Diş və diş əti problemlərini aradan qaldırır.
– Qan azlığına faydalaıdır.
– Balaca canıyla tərkibində yüksək miqdarda A, B1, B2 və B3 vitaminləri var. Bu da sinir sisteminin güclənməsinə dəstək olur.
– Bu balaca meyvəni süfrəsindən əksik etməyənlərin sinir sistemi sağlam işlədiyi üçün stresdən qaynaqlanan baş ağrısı və yuxusuzluq kimi problemləri yox olur.
– Yüksək xolestroldan əziyyət çəkənlərin xolestrolunu aşağı salaraq davamlı normada saxlayır.
– Eyni təsiri təzyiq üzərində də göstərən kinkan, yüksək təzyiqdən əziyyət çəkənlərə çarədir.
– İnanmaq bir qədər çətin olsa da, tərkibində kalsium olduğu üçün diş və sümük sağlamlığına çox faydalıdır.
– Antiseptik özəlliklər göstərən bu meyvə mikrobları öldürür, kiçik qida zəhərlənməsi və ya həşərat sancması zamanı sağalma prosesinə kömək edir.
KİNKANIN MÖVSÜMÜ NƏ VAXTDIR?
İyul-avqust aylarında çiçək açmağa başlayır. Payızda get-gedə böyüyür və artıq yanvar-fevral aylarında tam yetişmiş olur.
Unutmayın, turşməzə meyvə qabıqları soyulmadan yeyilməlidir. Tumları da yeyilir, lakin meyvəyə acı dad qatdığı üçün əlbəttə, istəyə görə dəyişə bilər.
Meyvə kimi yeməkdən başqa, kinkandan mürəbbə və marmeladlar hazırlayıb bütün il boyu yeyə bilərsiniz. Həmçinin ortadan iki yerə bölüb salatlara qata, souslara əlavə etmək olar. Hətta sitrus meyvəsi kimi kinkan kekslərə, şirniyyatlara da qatılır. Bitki çayı kimi içmək də faydalıdır.
Qeyd: əgər sağlamlığınızda ciddi narahatlıq varsa, kinkanın sadaladığımız faydalarından yararlanmaq üçün tələsməyin və mütləq həkiminizlə məsləhətləşin.