• 27 Noyabr 2024 07:39

Orqanizmi təmizləmək mütləqdir

 

Xəstəliklərimizin ən böyük səbəbkarı orqanizmin çirklənməsidir. Gün ərzində qəbul etdiyimiz qidalar vasitəsilə bədənimizə yüzlərlə bakteriyalar daxil olur. Orqanizmin infeksiyalardan təmizlənməsi sağlam həyat və uzun ömür deməkdir.

Tacxeber.com xarici mətbuata istinadən orqanizmi təbii yollarla infeksiyalardan təmizləmə vasitələri təqdim edir:

Qanı təmizləmək üçün məlhəm
· Payızda zəncirotunun kökünü yığıb qurudun. 2 xörək qaşığı zəncirotu kökündən 1 stəkan qaynar suya töküb, vam odda 10 dəqiqə qaynadın. Kənara qoyub, 40 dəqiqə saxlayın. Gündə 3 dəfə yeməkdən 15 dəqiqə əvvəl bu qarışıqdan yarım stəkan qəbul etmək qandakı çirki təmizləyəcək.

Müalicə 1 həftə davam etdirilməlidir.
· Fincana süd və tünd dəmlənmiş çay tökün. Üzərinə 2 çay qaşığı şəkər tozu və ya bal əlavə edib, gündə 4 dəfə için. Müalicəni 1 həftədən artıq təkrarlamaq olmaz.

Duzları təmizləmək üçün
Günəbaxan kökünün qalın hissəsini götürüb qurudun. Qarışıqdan 1 stəkan götürüb, 3 litr suya tökün. 2 dəqiqə qaynadıb, 3 gün için. Növbəti dəfə eyni miqdarda günəbaxan kökü ilə suyu qarışdırıb, 5 dəqiqə qaynadıb, 3 gün ərzində için. Sonuncu mərhələdə isə suyu 10 dəqiqə qaynatmaq lazımdır.

Limfa düyünlərini qreypfrutla təmizləyin

900 ml. qreypfrut, 900 ml. portağal və 200 ml. limon şirəsini qarışdırıb, 2 litr suya qatın. Gün ərzində bu qarışıqdan için. Arada səhər yuxudan duranda içərisinə 2 çay qaşığı alma sirkəsi tökülmüş 2 litr su ilə imalə olunun. Tez-tez isti vanna edin. Bu prosedurdan sonra limfa düyünləri təmizlənəcək.

Tacxeber.com

Oxşar xəbərlər