Yayda D vitamininin qəbulu ilə bağlı bütün suallara cavab
Yay fəslinin başlaması ilə ölkə əhalisi çimərliklərə üz tutub.
Tacxeber.com xəbər verir ki, dənizə gedənlər həm də günəşlənərək, D vitamini qəbul etməyə çalışır. Təbii ki, bu da yay fəslində D vitaminin qəbulu ilə bağlı bir sıra suallar yaradır.
Pediatr Aytən İsmayılzadə D vitamini ilə bağlı bütün suallara cavab verib.
-
Yay fəslində 2 yaşına kimi uşaqlarda D vitamininin qəbulunu kəsməyin.
-
Həftədə 3 dəfə normal günəşlənmə yetərlidir.
-
Vitamin D-ni ən yaxşı edən onun düzgün dozalanmasıdır.
-
Günün ortasında açıq başla günəş altında qalmamaq daha uyğundur. Günəş kremi sadəcə dərini qoruyacaq.
-
Uşağa hər hansı kimyəvi qatqılı kremlər məsləhət görülmür. SPF maddəsi də kimyəvidir. Bu maddə D vitaminin yaranmasının qarşısını alacaq.
-
Uşaqda vitiliqo varsa və ya albinosdursa, o zaman dərinin günəş şüası ilə təmasından ciddi şəkildə qaçınmalısınız.
-
Ümumiyyətlə vitamin və vitaminəbənzər maddələrin günün əvvəli qəbul edilməsi doğrudur.
-
Vitamin D – ni suya ya yeməyə qatmaqdansa birbaşa ağıza damızdırmaq daha yaxşıdır.
-
D vitamin dozası uşağın ayına, çəkisinə görə deyil, raxit xəstəliyinin profilaktika və ya müalicəsinə görə ayarlanır.
-
D vitamini normal verildiyi halda raxit xəstəliyi olmasın deyə kalsium qəbulu və soyulması da normal olmalıdır.
-
D vitamini kimi yağlı məhlulları sərin yerdə saxlamaq məsləhətdir. Spirtli məhlulları isə ağzını yaxşı bağlayaraq saxlamaq.
-
Sual: Ana özü D vitamini qəbul edərsə süd əmən uşaqda artıqlıq olmaz ki?
-
D vitamini ana südü ilə az miqdarda keçdiyindən süd əmən uşağa da D vitaminin verilməsində problem yoxdur.
-
D vitamini günəş olan hər saatda yaranır. Sadəcə əlavə pis təsir olmasın deyə səhər və axşam saatlarında günəşlənmək məsləhətlidir.
-
Qışda insan bədənindəki D vitamini azdırsa, yayda yaxşı günəşlənmək lazımdır.
-
Ağ dəridə 10-15 dəqiqə, tünd dəridə 20-25 dəqiqə günəşlənmək bəs edər.
-
Ən tez D vitamini yaranması üçün dəri kremsiz olmalı, əllərin içi və ayaqların altı günəşə açıq və uzanmış vəziyyətdə olmalıdır.