• 23 Noyabr 2024 06:16

Makrona içərisində insan barmağı olan məktub göndərildi – Yelisey sarayında şok

 

Yelisey sarayına insan barmağının olduğu məktub gəlib. Onun aid olduğu kişi tapılıb.

Tacxeber.com xəbər verir ki, “Valeurs Actuelles”in mənbələrə istinadən verdiyi məlumata görə, Yelisey sarayının yazışma xidməti məktubu iyulun 9-10-da alıb.

Nəşr qeyd edir ki, bu, hadisə iyulun 14-də ölkənin milli bayramı olan Bastiliya Günü ərəfəsində baş verib.

Barmağın sahibi artıq tapılıb. Onun şəxsiyyəti və motivləri barədə təfərrüatlar verilmir.

Məlumata görə, tapılan barmaq “polisin yeməklərinin saxlanıldığı” soyuducuya yerləşdirilib. Nəşr barmağın məktuba necə yerləşdirildiyini dəqiqləşdirə bilməyib.

Yelisey Sarayı hadisə barədə şərh verməkdən imtina edib.

Tacxeber.com

Oxşar xəbərlər