• 08 İyun 2025 12:37

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddiasını rədd etdi

 Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddiasını rədd etdi
Paylaş

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddiasını rədd etdi

Beynəlxalq Ədalət Məhkəməsi iyulun 6-da qəbul etdiyi qərarla Ermənistanın Azərbaycana qarşı iddiasını rədd edib.

Tacxeber.com xəbər verir ki, bu barədə məhkəmənin saytı bu gün məlumat yayıb.

Qərarla Ermənistanın Azərbaycana qarşı 22 fevral 2023-cü il tarixli iddiası rədd edilib.

Qeyd edək ki, daha əvvəl Beynəlxalq Ədalət Məhkəməsinin 11 iyul 2023-cü il tarixində dərc edilmiş 6 iyul 2023-cü il tarixli qərarında qeyd edildiyi kimi, məhkəmə İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı Ermənistan Azərbaycana qarşı məhkəmə işi üzrə 22 fevral 2023-cü il tarixli Qərarında dəyişiklik edilməsi məqsədilə Ermənistanın 12 may 2023-cü il tarixli tələbini yekdilliklə rədd edib./Report

Tacxeber.com

Oxşar xəbərlər