• 08 Oktyabr 2024 12:50

Ərdoğan Putindən üz döndərir? – TƏHLİL

Ərdoğan Putindən üz döndərir? -  TƏHLİL

Rusiyanın Ukraynadakı müharibəsi zamanı prezident Vladimir Putinlə aylarla diqqətli münasibət quran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, deyəsən, bu işə xitam vermək qərarına gəlib.

Tacxeber.com xəbər verir ki, bu barədə “Daily Best” nəşri yazıb.

Təhlildə qeyd olunur:

Təkcə son bir həftədə Ərdoğan İsveçin NATO-ya daxil olmasına qarşı mövqeyindən geri çəkilib və bu, şübhəsiz, Putini qəzəbləndirəcək, Türkiyənin Avropa İttifaqına daxil olma səylərini gücləndirəcək.

O, həmçinin İstanbulda Ukrayna prezidenti Volodimir Zelenskini qəbul edib, Ankara ilə Moskva arasında döyüşçülərin müharibənin sonuna qədər saxlanmasına dair razılaşmanı pozub, Rusiya tərəfindən əsir götürülmüş ukraynalı “azov”çular Ukraynaya qaytarılıb.

Nəşr vurğulayır ki, Putinə qarşı silsilə təhqirlər Yevgeni Priqojin və onun “Vaqner” şirkətinin Kremlə qarşı uğursuz qiyamından cəmi bir neçə gün sonra baş verib. Qiyam uğursuz olub, lakin Putinin gücü sarsılıb və bu, çox güman ki, Ərdoğanın Putinlə əlaqəni şübhə altına almağa və NATO-nun ən böyük üzvlərindən biri kimi Qərblə tərəfdaşlığa meyl etdirib.

Türkiyənin İsveçdəki keçmiş səfiri Səlim Kuneralpın fikrincə, Ərdoğanın Ukraynadakı müharibə zamanı Putin və Qərblə əlaqələr qurma üçün gördüyü bütün işlərə baxmayaraq, uğursuz çevrilişdən sonra Ərdoğan böyük ehtimalla münasibətləri şaxələndirmək üçün bir yol axtarır.

Kuneralp “The Daily Beast”ə deyib: “Yəqin ki, Ərdoğan bunu Putinin güc əlaməti kimi görmür – tam əksinə, hesab edir ki, sonda Putindən ala biləcəyi hər şeyi alıb. Putin əvvəlkindən daha zəif vəziyyətdədir, ona görə də Türkiyə iqtisadiyyatına maddi yardım göstərmək üçün çox yaxşı vəziyyətdə olmaya bilər və s. Ona görə də bəlkə başqa yollar axtarır”.

Qərbə üz tutma qərarı konkret və dərhal siyasi nəticələr əldə etməkdən daha çox Rusiya prezidenti Vladimir Putindən uzaqlaşmaqla bağlı ola bilər.

Nəşr qeyd edir ki, Ərdoğanın İsveçi Aİ-yə üzvlük prosesinə sövq etmək qərarı, İsveçdən böyük güzəştlər alınması və ya Aİ-yə daxil olma üçün maneələrin aradan qaldırılmasına yönəlmiş strategiyadan daha çox daxili razılıq qazanma naminə köhnə vədləri təkrarlayan PR-a bənzəyir.

“Putin üzərində əlavə təsir vasitələri əldə etsə də, Rusiya prezidenti Ərdoğanaarxalanmağa davam edəcək”, – bunu Türkiyənin Aİ-dəki daimi nümayəndəliyində işləyən keçmiş türk diplomatı Sinan Ülgen deyib.

 “Asimmetriya Ərdoğanın xeyrinə dəyişdi, çünki indi Putinin Ərdoğana keçmişdən daha çox ehtiyacı var, o mənada ki, Türkiyə Rusiya ilə yüksək səviyyəli siyasi dialoq aparan yeganə NATO ölkəsidir. Türkiyə Rusiyaya qarşı sanksiya tətbiq etməyən yeganə NATO ölkəsidir”.

Ülgen deyib ki, Türkiyə hava dəhlizini Rusiya üçün açıq saxlayan yeganə NATO ölkəsidir. “Qərb dünyasına və Türkiyəyə bu cür çıxışı saxlamaq Rusiya rəhbərliyi üçün həyati əhəmiyyət kəsb edir və bu, Ərdoğana əvvəllər edə bilmədiyi şəkildə hərəkət etməyə imkan verir”.

Nəşr vurğulayır ki, Ərdoğanın həqiqətən ABŞ-dan almaq istədiyi şey – “F-16” qırıcıları hələ də tükdən asılı vəziyyətdədir.

Tacxeber.com

Oxşar xəbərlər